İsveçrənin ən böyük banklarından birinin rəhbəri istefa verdi




İsveçrənin “Credit Suisse” bankının baş direktoru Ticani Tiam istefa verib.[b][/b]

Artıq “Credit Suisse Group”un Direktorlar Şurası onun istefasını qəbul edib və vakant posta Tomas Qottştaynı təyin edib.

Qeyd olunur ki, T.Tiam bankın 2019-cu il üzrə işlərinin nəticələrini təqdim etdikdən sonra fevralın 14-də vəzifəsindən ayrılacaq. O, bankda 2015-ci ildən işləyirdi.

T.Qottştayn isə 20 ildən çoxdur “Credit Suisse”dədir. O, son zamanlarda bankın İsveçrədəki rəhbəri kimi fəaliyyət göstərirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu