Estoniya sərhədlərinin təhlükəsizliyini gücləndirib


Estoniyanın baş naziri Kaja Kallas bildirib ki, ölkə sərhəd təhlükəsizliyini gücləndirib və Rusiyadakı özəl hərbi şirkət (PMC) “Vaqner”lə vəziyyəti diqqətlə izləyir.


Bu barədə siyasətçi Tvitter hesabında məlumat verib.

Kallas bəyan edib ki, Estoniya üçün birbaşa təhlükə yoxdur. Bununla belə, hakimiyyət vəziyyəti izləyir və müttəfiqlərlə məlumat mübadiləsi aparır.

“Sizi əmin edə bilərəm ki, ölkəmiz üçün birbaşa təhlükə yoxdur. Sərhəd mühafizəsi gücləndirilib. Mən həmçinin xalqımızı Rusiyanın heç bir bölgəsinə səyahət etməməyə çağırıram”, - baş nazir yazıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu