Latviya sərhədini ruslar üçün bağladı
Ötən il Ukraynada müharibə başlayanda rus axınının şahidi olan Latviya Rusiya ilə sərhədini bağlayıb.
Xarici işlər naziri Twitter-dəki mesajında cari hadisələrə görə gələnlərin girişinin qəbul edilməyəcəyini bildirib.
Estoniya həmçinin sərhədi boyunca təhlükəsizliyi artırdığını bildirib. Baş nazir Kaja Kallas isə Latviya, Litva və Finlandiyalı həmkarları ilə sıx təmasda olduğunu əlavə edib.
Polşa, Böyük Britaniya və ABŞ da daxil olmaqla bir sıra digər ölkələr də vəziyyəti diqqətlə izlədiklərini bildiriblər.