Bakıda bu məktəblərdə direktor yerləri vakansiyaya çıxarılır


"Bakı şəhəri üzrə şagird sayı 500-dən yuxarı olan 20-dən çox məktəb üçün vakant direktor vəzifəsi var".


Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov "Təhsil saatı"nda bildirib ki, həmin yerlər vakansiyaya çıxarılıb. Onun sözlərinə görə, vakansiyaya çıxarılan direktor yerlərinin sayının artması istisna deyil.

Eşqi Bağırov qeyd edib ki, yay aylarında çalışmanın yaş həddinə çatacaq direktorlar da var: "Onlarla əmək müqaviləsinin müddətinin uzadılıb-uzadılmaması tənzimlənən zaman müəyyən meyarlar nəzərə alınacaq. Bununla yanaşı, əlavə vakant yerlərin də elana çıxarılması planlaşdırılır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu