Çində fermada 4000 toyuq istidən tələf olub


Çinin Hubey əyalətində elektrik kəsilməsi səbəbindən fermada havalandırma sistemi işləməyincə 4 min toyuq istidən tələf olub.


Çinin "Global Times"ın nəşrinin xəbərinə görə, ölkə son 62 ilin ən isti günlərini yaşayır.

İyulun 9-da Hubey əyalətində fermada 4000 toyuq tələf olub. Təsərrüfatda elektrik kəsildiyi üçün havalandırma sisteminin işləmədiyi, qəfəsdəki toyuqların temperaturun artması səbəbindən tələf olduğu müəyyən edilib.

Təsərrüfat sahibinin təxminən 27 min 800 dollar zərər etdiyi qeyd edilir.

Çin 1961-ci ildən bəri ən isti günlərini yaşayır və son günlər temperatur 35 dərəcəyə çatıb.

Milli İqlim Mərkəzinin verdiyi açıqlamada bu il ölkədə əvvəlki illərlə müqayisədə dörd daha təsirli isti dalğasının baş verdiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu