ABŞ müdafiə naziri: Müttəfiqlərimizi Çinin zorakılığından qoruyacağıq


ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib ki, ABŞ öz müttəfiqlərini Sakit okeanda Çin təhlükəsindən qoruyacaq.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Ostin ABŞ-ın Pekinin Sakit Okeandakı zorbalığına qarşı müdafiədə müttəfiqlərini və tərəfdaşlarını dəstəkləyəcəyini bildirib. "Biz Şərqi Çin dənizindən Cənubi Çin dənizinə qədər Sakit Okeanın cənub-qərbində Çinin hədə-qorxusundan narahatıq və bu cür hədə-qorxuya qarşı duran müttəfiqlərimizi və tərəfdaşlarımızı dəstəkləməyə davam edəcəyik" - deyə müdafiə naziri avstraliyalı həmkarı Riçard Marleslə danışıqlar apardığı Brisbendə jurnalistlərə açıqlamasında qeyd edib.

"Amerikanın Səsi"nin məlumatına görə, ABŞ və Avstraliya Çinin beynəlxalq hüquqdan uzaqlaşmaq cəhdlərindən narahatdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu