Türkiyə XİN rəhbəri: Qərb dünyası mərkəz mövqeyini itirir


“Dünya beynəlxalq sistemin yekun transformasiyasını yaşayır və bu prosesdə Qərb dünyası mərkəz mövqeyini itirir”.


Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada cənubi koreyalı həmkarı Park Cin ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

“Beynəlxalq sistemin yekun transformasiyasını yaşadığı günlər gəlib çatıb. Yeni geosiyasi və geoiqtisadi bərabərlik yaranır və Asiya da düz onun mərkəzində dayanır. Qərb dünyası mərkəz mövqeyini itirərkən dünya siyasətinin mərkəzinin şərqə, dədə-baba torpaqlarımıza doğru meyl etdiyini görürük”, - o vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu