Almaniyadan Misirə 3 min avtomobil aparan gəmi 10 gündür yanır
İyulun 24-də Almaniyadan Misirə 3 minə yaxın avtomobil daşıyan yük gəmisində başlayan yanğını hələ də söndürmək mümkün olmayıb.
Yerli mətbuatın məlumatına görə, iyulun 24-də Hollandiyanın Ameland adası yaxınlığında “Fremantle Highway Flower” yük gəmisində başlayan yanğın davam edir.
Almaniyanın Bremeverhaven şəhərindən Misirə doğru hərəkət edən gəminin dünən gecə zəncirindən azad edilərək Almaniyanın ərazi sularına doğru sürükləndiyi bildirilib.
İçərisində 25-i elektrik olmaqla 3 minə yaxın avtomobil olan gəmi söndürmə suyundan istifadə edilərsə, çevrilmə təhlükəsi olduğundan müdaxilə etmək mümkün olmayıb.
Ehtimal olunur ki, gəmi batsa, yanacağın suya qarışacağı və bu ən pis ssenarinin böyük ekoloji fəlakətə səbəb ola biləcəyi ehtimal edilir.
Yük gəmisinin yaxınlığında vəziyyəti izləyən 8 xilasedici gəminin olduğu qeyd edilib.
Ümumdünya Dəniz Təşkilatı hadisənin böyük bir ekoloji fəlakətə çevrilməməsi üçün təhlükəsizlik tədbirlərini araşdırarkən, bir çox ətraf mühit təşkilatı hadisəni yaxından izləyir.
Yanğın zamanı 1 nəfər ölüb, 22 ekipaj üzvü yüngül xəsarətlərlə xilas edilib.