Dövlət Departamenti: “Ermənistan və Azərbaycan arasında sülh sazişi əlçatandır”
![](/uploads/posts/2023-08/1691465722_f800d486-b7d6-33e6-a7be-88ad4a03310e_850.jpg)
“Hesab edirik ki, bu məsələnin tərəfi olmayan digər ölkələrin hər hansı şərhinə baxmayaraq, sülh sazişi (Ermənistan və Azərbaycan arasında - Qeyd) əlçatandır”.
AFN.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib.
“Buna (Sülhə - Qeyd) nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəyik. Biz bu ölkələrlə birbaşa əlaqə saxlamışıq”-deyə, o bildirib.
Miller xatırladıb ki, ötən həftə Dövlət Departamentinin xüsusi nümayəndəsi Lui Bono bölgəyə səfər edib və tərəflərlə birbaşa əlaqə saxlayıb.