Britaniya iqtisadiyyatı böyük risklə üz-üzədir


2024-cü ilin sonunda İngiltərə iqtisadiyyatının tənəzzülə uğrama riskinin yüzdə 60 olduğu və ölkədə ümumi seçkilərin planlaşdırıldığı bu dövrdə gəlir bərabərsizliyinin arta biləcəyi bildirilib.


Britaniyanın ən qədim müstəqil iqtisadi tədqiqat institutu kimi tanınan Milli İqtisadi və Sosial Tədqiqatlar İnstitutunun təhlilinə görə, Brexit, COVID-19 epidemiyası və Rusiya-Ukrayna müharibəsi nəticəsində inflyasiyanı azaltmaq üçün monetar siyasətin sərtləşdirilməsi Britaniya iqtisadiyyatına mənfi təsir edib.

Bu hadisələrin təsiri ilə İngiltərə iqtisadiyyatının bu il yüzdə 0,4, 2024-cü ildə isə yüzdə 0,3 böyüməsi gözlənilsə də, iqtisadi görünüşlə bağlı qeyri-müəyyənliklər yüksək olaraq qalır.

Sözügedən qeyri-müəyyənliklərdən asılı olaraq, iqtisadiyyatın bu ilin sonunda daralacağı, 2024-cü ilin sonunda isə 60 faiz risklə tənəzzülə girəcəyi gözlənilir.

İnflyasiyanın bu ilin sonunda 5,2 faizə, 2024-cü ilin sonunda isə 3,9 faizə düşəcəyi, lakin 2025-ci ilə qədər hədəflənmiş 2 faiz səviyyəsindən yuxarı qalacağı gözlənilir. Hazırda 6,9 faiz olan baza inflyasiyanın yüksək qalmaqda davam etməsi riski əsas inflyasiyanın gözləniləndən yüksək qalma ehtimalını artırır.

İngiltərə Bankının siyasət faizini indiki 5,25 faiz səviyyəsindən 5,50 faizə yüksəltməklə faiz dərəcələrinin zirvəyə çatması gözlənilsə də, aşağı iqtisadi artım və durğun istehsal səbəbiylə ev təsərrüfatlarının zəifliklərinin arta biləcəyi proqnozlaşdırılır.

Ümumi seçkilərin planlaşdırıldığı 2024-cü ilin sonuna qədər ölkədə maaş səviyyələrinin COVID-19-dan əvvəlki səviyyədən aşağı qalacağı və sorğuların gəlir bərabərsizliyinin artdığı bir vaxtda keçiriləcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu