Peruda kənd sakinləri yadplanetlilərin hücumundan danışırlar

Peruda kiçik bir kəndin sakinləri bir aydır ki, “yadplanetlilərin hücumundan” şikayətlənirlər.
"Al Rojo Vivo" kanalının məlumatına görə, polis Perunun paytaxtı Limanın şimal-şərqində yaşayan İkitu qəbiləsinin nümayəndələrinin ərizəsini nəzərdən keçirir. Onlar iri başlı və sarı gözlü iki metrlik canlıların hücumuna məruz qaldıqlarını iddia edirlər. Yerli sakinlər hakimiyyəti bu qəribə basqınların baş verdiyi bölgəyə ordu göndərməyə çağırır.
Onların fikrincə, canlılar odlu silahlara qarşı toxunulmazdır və istədikləri zaman yoxa çıxa bilərlər.