Əfqanıstanda partlayış: Ölənlər və yaralılar var

Bazar ertəsi Əfqanıstanın Xost vilayətində oteldə baş verən partlayış nəticəsində azı 3 nəfər ölüb, daha 7 nəfər yaralanıb.
AFN.az-ın məlumatına görə, bu barədə "ABCNews" xəbər verib.
Partlayışın səbəbini araşdıran polisin bildirdiyinə görə, partlayış Pakistandan olan qaçqınların da gəldiyi şəhər otelində baş verib.
Əvvəlki hücumlarda Əfqanıstan hökuməti İslam Dövləti qruplaşmasının regional qolunu günahlandırmışdı.