Almaniyanın xarici işlər naziri Ukrayna taxılını “kokain” adlandırdı


Almaniyanın xarici işlər naziri Annalena Barbock rumıniyalı həmkarı Luminitsa Odobescu ilə keçirdiyi mətbuat konfransında Ukrayna taxılını “kokain” adlandırıb.


Lenta.ru xəbər verir ki, tədbir Almaniya diplomatik departamentinin X səhifəsində yayımlanıb.

“İlin sonuna kimi kokain taxılının ötürmə qabiliyyətini iki dəfə ayda dörd milyon tona çatdırmaq üçün Avropa həmrəylik dəhlizləri üçün infrastrukturu genişləndirdiyinə görə Rumıniyaya təşəkkür edirəm”, - deyə diplomat bildirib.

Bundan əvvəl Rumıniyanın baş naziri Marsel Çiolaku Financial Times qəzetinə müsahibəsində demişdi ki, iki ay ərzində Buxarest Ukrayna taxılının öz ərazisindən tranzitini iki dəfə artıracaq - Rusiyanın hərəkətlərindən asılı olmayaraq, bu, ayda iki milyon tondan dörd milyon tona yüksələcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu