Mərakeş ordusu səfərbər oldu: zəlzələdən zərər çəkənlərə dəstək
Mərakeş ordusu ötən gecə ölkədə baş verən 7 bal gücündə zəlzələdən zərər çəkənlərə dəstək olmaq üçün təyyarələr, helikopterlər, pilotsuz uçuş aparatları, mühəndislik vasitələri və logistika mərkəzlərinin, eləcə də müdaxilə bölmələrinin hazır olduğunu açıqlayıb.
Ordudan edilən yazılı açıqlamada, “Kral Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Baş Qərargah rəisi Kral VI Məhəmmədin orduya müdaxilə etmək göstərişindən sonra Kral Silahlı Qüvvələrinin yüksək səviyyəli komandirləri səviyyəsində lazımi tədbirlər görülüb.
Açıqlamada qeyd olunub ki, hadisə yerinə müdaxilə bölmələri ilə yanaşı, təyyarələr, helikopterlər, pilotsuz uçuş aparatları, mühəndislik vasitələri və logistika mərkəzləri də zərər çəkmiş ərazilərə lazımi dəstəyin göstərilməsi üçün cəlb edilib.