Finlandiya da Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini qadağan etdi

Latviya, Litva və Estoniyadan sonra Finlandiya da bu gecədən etibarən Rusiya nömrəli avtomobillərin ölkəyə girişini qadağan edib.
Finlandiyanın xarici işlər naziri Elina Valtonen mövzu ilə bağlı dost ölkələrlə koordinasiya apardıqlarını deyərək, yeni qaydanın tətbiqi ilə Rusiya nömrəli avtomobillərin ölkəyə girişinin qadağan edildiyini bildirib.
Estoniyanın Helsinkidəki səfiri Sven Sakkov X hesabında yazdığı yazıda qeyd edib ki, Rusiyada yaşayan Avropa İttifaqı vətəndaşları bu qadağadan azad olacaqlar.
Qərardan sonra paylaşım edən Estoniyanın xarici işlər naziri Marqus Tsahkna da qonşu ölkələrin bu qərarının müsbət qarşılandığını bildirib.