İtkin düşdüyü bildirilən 77 yaşlı qadının İtaliyada tətildə olduğu ortaya çıxıb


Fransada xəbər alınmadığı üçün itkin düşdüyü bildirilən 77 yaşlı qadının İtaliyaya getdiyi və orada istirahət etdiyi məlum olub.

Fransa mediasının məlumatına görə, Drome bölgəsində yaşayan təqaüdçü fransız qadının bir neçə gündür ondan xəbər ala bilməyən qızı jandarmaya zəng edərək anası ilə əlaqə saxlaya bilmədiyini deyib.

Jandarma qrupları, bölgədəki evində tapılmayan 77 yaşlı qadın üçün itkin elanı veriblər.

Qadının İsere bölgəsindəki digər evində axtarışa başlayan qruplar orada da onun izinə rast gəlinməyib.

Ölmümü ilə bağlı şübhələr yaranan qadın bu gün qızına zəng edərək dincəlmək üçün bir neçə günlük İtaliyaya tətilə getdiyini bildirib.

Narahat olduqlarını dilə gətirən qızına yaşlı qadın vaxt azlığından çamadanlarını hazırlamaqla məşğul olduğu üçün Fransadan getməzdən əvvəl mənə məlumat verməyi unutduğunu deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu