Fransada avtobus sürücülərinin tətili ictimai nəqliyyatın fəaliyyətini dayandırıb
Fransanın İle-de-Frans bölgəsində təxminən 4 həftədir davam edən avtobus sürücülərinin tətili ictimai nəqliyyatda ləngimələrə səbəb olub.
Sentyabrın 12-də Parisin yerləşdiyi İle-de-Frans bölgəsindəki Vesinet, Montesson və Chatou şəhərlərində avtobus sürücülərinin iş şəraitinin yaxşılaşdırılması və həvəsləndirici mükafatlar tələbi ilə başladığı tətil davam edir.
Tətil səbəbindən İle-de-Fransda 9 avtobus xəttində nəqliyyatın hərəkəti dayandırılıb.
Digər tərəfdən, sürücülərlə işəgötürən şirkət arasında aparılan danışıqlarda hələlik heç bir irəliləyiş əldə olunmayıb.