Finlandiya qida və dərman əldə etməkdə çətinlik çəkir


Finlərin təxminən beşdə biri qida və səhiyyə kimi ehtiyacları ödəyə bilmir. Bunu Finlandiya Sağlamlıq və Rifah İnstitutunun (THL) Nya Dagbladet tərəfindən dərc olunan hesabat sübut edir.


Son THL sorğusuna görə, bir milyona yaxın finli qida və dərman almaqda çətinlik çəkir. Araşdırmada 28 min nəfər iştirak edib. Qeyd olunur ki, 20-39 yaş arası Finlandiya sakinləri ən çox maliyyə zəifliyi ilə üzləşirlər.

Bütün yaş qrupları üzrə hər on nəfərdən biri pul çatışmazlığı səbəbindən son bir il ərzində yeməksiz qalma riski ilə üzləşdiyini deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu