Fələstinlilər ABŞ silahlarından istifadə edir? - İDDİA


ABŞ-ın keçmiş prezidenti Donald Trampın böyük oğlu HƏMAS hərəkatının İsrailə qarşı hücumlarının başlaması ilə bağlı fələstinlilərin yaydığı videoda maraqlı bir detala diqqət çəkib. O, öz fərziyyəsini X sosial şəbəkəsində bildirib.


"Görüntülərdə insanlar Yaxın Şərqə tanış olan AK-47-lərdən daha çox Amerika M4 avtomatlarını xatırladan silahlarla havaya atəş açır" - deyə iş adamı qeyd edib. O, həmçinin bu silahların Amerika Birləşmiş Ştatlarının Əfqanıstandakı mövqelərini tərk edərkən Talibana buraxdığı anbarlardan ola biləcəyi ehtimalını da irəli sürüb.

Bundan əvvəl Ağ Ev İsraildə qurbanlar arasında bir neçə amerikalının olduğunu təsdiqləyib. Bu arada İsrailin Vaşinqtondakı səfirliyi Fələstinin HƏMAS hərəkatının yaraqlılarının mülki vətəndaşlar və hərbçilər də daxil olmaqla 100 vətəndaşı qaçırdığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu