Alimlər 1400 illik stulun bərpasını başa çatdırıblar


Ötən il arxeoloqların tapdığı eramızın 7-ci əsrinə aid qədim stulun restavrasiyası başa çatıb.


"HeritageDaily" yazır ki, tapıntıya Almaniyanın Endsee kəndində orta əsrlərə aid məzarın qazıntıları zamanı rast gəlinib.

Məzarda 40-50 yaşlı qadının qalıqları, həmçinin bir sıra artefaktlar, o cümlədən kiçik rəngli şüşə muncuqlardan ibarət boyunbağı və broşlu iki kulon aşkarlanıb.

Maraqlıdır ki, qadın məzarının yaxınlığında arxeoloqlar nəfis bəzədilmiş silahların olduğu kişi məzarı da aşkar ediblər. Tədqiqatçılar bu məzarların 6-7-ci əsrlərdə Main və Tauber bölgələrində frankların təsiri ilə bağlı ola biləcəyini ehtimal edirlər.

Tapıntı müstəsnadır, çünki qəbir əşyası kimi qoyulan qatlanan stullar olduqca nadirdir. Bu cür tapıntılar mərhumun vaxtilə görkəmli vəzifə tutduğunu və ya yüksək sosial statusa malik olduğunu göstərir. Təəccüblüdür ki, Avropada bu günə qədər qatlanan stullu erkən orta əsr qəbirlərinin cəmi 29 nümunəsi tapılıb və onlardan yalnız altısı dəmirdən hazırlanmış olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu