ABŞ Rusiya və Çinlə müharibəyə hazırlaşmağa çağırıb


Amerikanın strateji konsepsiyası məsələləri ilə məşğul olan ABŞ Konqresinin Komissiyası Vaşinqtonu müdafiə qabiliyyətini gücləndirməyə və iki cəbhədə - Rusiya və Çinlə mümkün müharibəyə hazırlaşmağa çağırıb.


Bu barədə komissiyanın hesabatında bildirilir.

Sənəd müəllifləri onu son illərdə Rusiya və Çinin “narahatedici” davranışları fonunda dərc etdiklərini vurğulayıblar. Komissiyaya Dövlət Departamentinin, Pentaqonun və ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının keçmiş yüksək vəzifəli məmurları daxildir.

“Bu, Birləşmiş Ştatların qabaqcadan görmədiyi və buna hazır olmadığı bir vəziyyətdir”, - deyə hesabat müəllifləri qeyd ediblər.

Bundan əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken Rusiya və Çini soyuq müharibə nəticəsində yaranmış dünya düzəninə ən kəskin təhlükə adlandırıb. “Hazırda yaşadığımız şey dünya nizamının gücünün sınağından daha çoxdur”, - deyə o bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu