Qəzza ilə bağlı SON DƏQİQƏ açıqlaması: Saat 09:00-dan...


Qəzza zolağının cənub bölgələrində beş saat davam edəcək atəşkəs rejimi tətbiq edilib.



AFN.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, bu addım əcnəbi vətəndaşların ərazini tərk edə bilməsini təmin etmək, eləcə də Qəzzaya humanitar yardım çatdırmaq məqsədi daşıyır.

Məlumata görə, atəşkəs yerli vaxtla saat 09:00-da qüvvəyə minəcək. Belə ki, münaqişə tərəfləri bu barədə razılığa gəliblər.

Bildirilir ki, Qəzza ilə Misir arasındakı sərhəddə yerləşən Rəfah keçid məntəqəsində ən azı 100 yardım maşını toplanıb və humanitar dəhlizin açılmasını gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu