Misirin xarici işlər naziri Rəfah keçid məntəqəsinin bağlanmasında İsraili günahlandırıb


Misirin xarici işlər naziri Sameh Şükri bildirib ki, Misirlə Qəzza zolağı arasında Rəfah keçidinin açılması səylərində heç bir irəliləyiş yoxdur.


Fransalı həmkarı ilə keçirdiyi mətbuat konfransında danışan Şukri keçidin davam edən qapalılığında İsraili günahlandırıb. "İsrail hökuməti hələ də Qəzza keçidinin açılmasına, yardımların daxil olmasına və ya üçüncü ölkələrdən vətəndaşların çıxmasına icazə verəcək bir mövqe tutmayıb" - deyən Şukrinin sözlərinə görə, Misir keçidin açılmasını dəstəkləyir və humanitar yardım daşıyan maşınlar keçid üçün icazə gözləyir: "Misir bu böhranın və eskalasiyanın başlanğıcından keçidi açmaq və humanitar yardım axınını təmin etmək üçün çalışır. Bunun böyük bir hissəsi El Arişdə toplanıb".

Rəfah keçidindən məsul Fələstin rəsmisi CNN-ə bildirib ki, BMT-nin beş boş yanacaq tankeri indi sərhədi keçib Misirdə yanacaq doldurmaq ümidi ilə Rəfah keçidinin Qəzza tərəfində gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu