Fukuşimada 2 işçi radiasiyalı suya məruz qalıb


"Tokyo Electric Company" (TEPCO) Fukuşima Atom Elektrik Stansiyasında boruları təmizləyən iki işçinin şüalanmış suya məruz qaldıqdan sonra xəstəxanaya yerləşdirildiyini açıqlayıb.


TEPCO-dan verilən açıqlamada bildirilib ki, qabaqcıl maye sistemində boruları təmizləyən 5 işçidən 2-si boş borulardan radiasiyalı suya məruz qalıb.

TEPCO işçilərin səhhətinin yaxşılaşdığını və həkimlərin diaqnozu nəticəsində radiasiya yanıqları ehtimalının aşağı olduğunu bildirib. Beş işçidən dördünün bədənində radiasiya aşkar edildiyini qeyd edən TEPCO onlardan 2-sinin daha ağır radiasiyaya məruz qalması səbəbindən nəzarətdə saxlandığını vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu