İsrail ordusunun Qəzzada itkilərinin sayı 30-a çatıb


HƏMAS-a qarşı “Dəmir qalxanlar” əməliyyatı başlayandan döyüşlərdə ölən İsrail hərbçilərinin sayı 30-a çatıb.



AFN.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Bildirilib ki, İsrail Müdafiə Ordusunun zirehli tank korpusunun 401-ci taborunun 22 yaşlı baş serjantı Şaxar Koen Qəzza zolağının şimalında döyüşlərdə ölüb.

Qeyd edək ki, HƏMAS-İsrail müharibəsi oktyabrın 7-dən, İsrailin Qəzza zolağında quru əməliyyatları isə oktyabrın 31-dən başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu