Zelenski 2023 və 2024-cü illərdə hücum planlarını açıqlayıb


Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna əks-hücumunun hazırda çətinliklərlə üzləşməsinə baxmayaraq, Kiyev 2023 və 2024-cü illərdə hücumunu davam etdirəcək.


“Bizim planımız var, konkret şəhərlərimiz, konkret istiqamətlərimiz var, hədəfimiz var, hara gedəcəyik, hansı istiqamətdə hücum edəcəyik, hamısı məlumdur”, - deyə Zelenski "Reuters"in təşkil etdiyi və YouTube-da yayımlanan konfransda bildirib.

Zelenskinin sözlərinə görə, bəzi insanlar Ukraynanın əks-hücumunun sürətli uğuruna ümid etsələr də, indi müəyyən çətinliklər var. Eyni zamanda o, Ukraynanın Qərbdən gözlədiyindən daha az silah alması səbəbindən uğur qazanmadıqlarını bəyan edib.

“Biz bu il nəticələr göstərməyə çalışacağıq”, – deyə Ukrayna prezidenti əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu