Nyu-York meri Türkiyə hökuməti ilə əlaqədə şübhəli bilinir


Vəziyyətlə tanış olan mənbənin CNN-ə verdiyi məlumata görə, Federal Təhqiqat Bürosu Nyu-York meri Erik Adamsın cib telefonlarını müsadirə edib.



Media mənbəsi bildirib ki, agentlər bu həftənin əvvəlində məhkəmənin verdiyi axtarış qərarı ilə telefonları və iPad-ləri götürüblər.

İstintaq FTB və ABŞ-ın Nyu-Yorkun Cənub Bölgəsi üzrə prokurorluğu tərəfindən aparılır. Adams hələ heç bir qanun pozuntusunda ittiham olunmayıb, lakin o, xarici hökumətlərlə əlaqələri ilə bağlı araşdırmalara məruz qalan sonuncu siyasətçidir.

“Keçmiş hüquq-mühafizə orqanının əməkdaşı kimi mən bütün əməkdaşlarımın qanuna əməl etmələrini və istənilən istintaqla tam əməkdaşlıq etmələrini gözləyirəm və mən bunu davam etdirəcəyəm. Gizlədəcək heç nəyim yoxdur”, – deyə mer CNN-ə deyib.

Adamsın vəkili və sözçüsü Boyd Conson CNN-ə bildirib ki, bazar ertəsi gecə baş verən hadisədən sonra FTB Adamsa yaxınlaşdıqdan sonra mer FTB-nin tələbini dərhal yerinə yetirib və onları elektron cihazlarla təmin edib.

Conson bildirib ki, fаederal araşdırmanı öyrəndikdən sonra məlum olub ki, bir şəxs bu yaxınlarda qeyri-münasib davranışlar edib. Şəffaflıq və əməkdaşlıq ruhunda bu davranış dərhal və fəal şəkildə müstəntiqlərə bildirilib.

“Bələdiyyə meri heç bir qanunsuzluqda ittiham olunmur və istintaqla əməkdaşlığı davam etdirir”, deyə o əlavə edib.

Mənbələrin CNN-ə verdiyi məlumata görə, araşdırma nəticəsində həm kampaniyanın, həm də meriyanın hüquqşünasları bir nəfərin düzgün hərəkət etmədiyinə dair sübutlar tapıblar. Mənbələr onun kim olduğu və kampaniyada hansı rol oynadığı barədə şərh verməkdən imtina ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu