Nyu York sakinləri kütləvi surətdə köç edir - SƏBƏB
Nyu yorklular şəhəri zəbt etmiş siçovullara görə kütləvi şəkildə şəhəri tərk etməyə başladılar.
Bu barədə şəhərin meri Erik Adams deyib. "The New York Post" xəbər verir ki, son bir il ərzində təxminən 102 min Nyu-York sakininin yaşayış yerini dəyişdiyi aydınlaşdırılıb. Merin sözlərinə görə, buna səbəb xüsusilə gəmiricilərin çoxluğu olub. Bundan əlavə, o bildirib ki, yaşayış minimumu və koronavirus pandemiyasının nəticələri əhalinin xaricə axınına səbəb olub.
Adams vurğulayııb ki, yerli hakimiyyət orqanları tərk edənlərin sayını azaltmaq məqsədilə vətəndaşların həyatını yaxşılaşdırmaq üçün tədbirlər görür. O cümlədən, onun sözlərinə görə, şəhərdə siçovullardan xilas olmaq üçün işlər aparılır.