Şimali Koreya ABŞ-ı Ukraynanı qadağan olunmuş silahlarla təmin etməkdə ittiham edib


ABŞ Ukraynanı qadağan olunmuş silahlarla təmin etməklə Avropada sülhü tapdalayır.


Bunu Şimali Koreyanın Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin rəhbəri Ço Çol Su Mərkəzi Teleqraf Agentliyinə (KCNA) müsahibəsində deyib.

"Birləşmiş Ştatlar hələ də Ukrayna cəbhəsini öldürücü silahlar, o cümlədən kaset bombaları və tükənmiş uran mərmiləri ilə təmin edir, onlardan istifadə beynəlxalq hüquqla tamamilə qadağandır", - diplomat qeyd edib.

Ço Çol Sunun fikrincə, eləcə də Böyük Britaniya Kiyevi tükənmiş uran mərmiləri, 250 kilometr mənzilli qanadlı raketlər və tank əleyhinə silahlarla təmin etməklə Ukrayna münaqişəsini uzatmaq istəyir.
qəddar müharibəyə məcbur edir” və onlar öz maraqlarını qlobal sabitlikdən üstün tuturlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu