İran İsrailə qarşı BCM-də iddia qaldırmaq istəyir

İran Qəzza zolağındakı hərəkətlərinə görə İsrailə qarşı Beynəlxalq Cinayət Məhkəməsində (ICC) iddia qaldırmaq niyyətindədir.
AFN.az xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Nəşrin xəbərinə görə, Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırılacağı ilə bağlı məlumatı İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Açıqlamada iddiada hansı məqamların yer alacağı haqda məlumat verilməyib.