Pişik saxladığı üçün həbs edilmədi


Rusiyada ictimai yerlərdə zorakılıq etməkdə təqsirləndirilən şəxsə verilən cəza pişik saxladığı üçün təxirə salınıb.



Bu barədə Rusiyanın "Mash" telekanalı məlumat verib. Belə bir qərarın ilk dəfə verildiyini bildirib.

Sibir bölgəsinin Kemerovo şəhərində yaşayan 48 yaşlı Sergey B. sərxoş halda başqa bir şəxsə hücum etdikdən sonra ictimai yerlərdə zorakılıq törətdiyi və sənədsiz odlu silah saxladığı üçün məhkəməyə verilib. Hücumdan sonra saxlanılan Sergey B. istintaqda polisə əməlini səmimi etiraf etdikdən sonra məhkəməyə aparılıb. Məhkəmə təqsirləndirilən şəxsə qarşı bütün ittihamları qəbul edib.

Rusiya Cinayət Məcəlləsinə görə, bu ittihamların bəziləri müttəhimin 5 ilə qədər həbsini tələb edir. Lakin məhkəmə təqsirləndirilən şəxsin səhhətinin əlverişsiz olması, polisə əməlini səmimi etiraf etməsi və pişik sahibi olması kimi yüngülləşdirici amilləri əsas gətirərək cəzanın təxirə salınmasına qərar verib.

Məsələ ilə bağlı "Mash" telekanalı öz Telegram kanalında yazıb ki, Rusiya Cinayət Qanununda pişik saxlamaq heç vaxt yüngülləşdirici hal kimi qəbul edilməyib. Rusiyada müttəhimlər yalnız himayəsində olan uşaqları və ya qohumları olduqda cəzanın azaldılmasını tələb edə bilərlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu