Moldova fermerləri traktorla Kişinyova girişi bağlayıblar

Etiraz edən moldovalı fermerlər traktorlarla Kişinyova girişlərdən birini bağlayıblar.
Bu barədə Moldova polisinin mətbuat xidməti Telegram-da məlumat yayıb.
"Paytaxtın Kişinyova girişlərindən biri olan Hinçesti şossesində avtomobillərin hərəkəti dayanıb", - deyə məlumatda bildirilir.
Polis ölkənin müxtəlif bölgələrindən paytaxta gələn fermerlərin polisin digər hərəkət iştirakçılarına mane olmamaq tələbinə məhəl qoymadıqlarını bildirib.
Bundan əvvəl, noyabrın 22-də moldovalı fermerlər traktorlarla Kişinyova yürüşə hazırlaşmağa başlayıblar və bu yürüş ertəsi günə planlaşdırılıb. Onlar ölkənin aqrar sektorundakı vəziyyətdən narazıdırlar.