"Kontakt Home" nağd aldığımız məhsulu vitrində saxlayır, təhvil vermir -ŞİKAYƏT
Vətəndaş "Kontakt Home"dan narazıdır.
AFN.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə Günəş Hacıyeva yazıb. O bildirib ki, adıçəkilən mağazalar şəbəkəsindən nağd ödənişlə aldığı mal gətirilmir: "Bu şirkətlə aramızda olan alış-satış münasibətlərində hüququmu bilmək istəyirəm. "Black Friday" günləridir işləri çoxdur, nə gözəl. Dünən (22.11.23.) 1300 manata soyuducu almışıq. Məhsul anbarda yoxdur, vitrin malı almışıq. Seyirlər çatdırılmanı 10 günə edəcəyik. Mal vitrində 10 gün qaldı, cızıldı, sındı nəsə olacaq? Niyə mənim pulunu verdiyim məhsulum mağazanın ortasında qalmalıdır? Gedib özüm aparsam evə, yenə nəyisə işləməsə deyəcəklər sən elədin. Mağazada hər hansı anbara qoyun deyirik ona da razı deyillər? Necə yanaşmadı? Məgər camaat evinin məhsulun nümayişə qoymalıdır?"
Adıçəkilən mağazalar şəbəkəsinin mövqeyini verməyə hazırıq.