Şimali Koreya daha 2 səfirliyini bağlayır


Cənubi Koreya Xarici İşlər Nazirliyinin adı açıqlanmayan rəsmisi Şimali Koreyanın son aylarda bəzi ölkələrdəki səfirliklərini bağlaması ilə bağlı açıqlama verib.



Bu barədə Yonhap məlumat yayıb.

Qurum rəsmisi 1972-ci ildə Seneqal, 1969-cu ildə Qvineya ilə diplomatik əlaqələr quran Şimali Koreyanın bu ölkələrdəki diplomatik nümayəndəliklərini bağladığını və diplomatik nümayəndəliklərin sayının 53-dən 46-ya endiyini qeyd edib.

Rəsmi bu addımda ən böyük amilin ölkəyə qarşı qlobal sanksiyalardan doğan iqtisadi çətinliklər olduğuna diqqət çəkib.

Şimali Koreya son aylarda Anqola, Uqanda, Banqladeş, Nepal və İspaniyadakı səfirliklərini bağlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu