Şimali Koreya İspaniyadakı səfirliyini də bağlayıb


Şimali Koreyanın bəzi Afrika ölkələrinin ardınca İspaniyanın paytaxtı Madriddəki səfirliyini həmişəlik bağladığı bildirilir.



Bundan sonra Roma səfirliyi İspaniyada da fəaliyyət göstərəcəyini bildirib.

Şimali Koreya qərarının səbəbini açıqlamasa da, mətbuatda bu qərarın Pxenyanın qlobal sanksiyalar səbəbiylə yaşadığı iqtisadi böhranla bağlı olduğu şərhləri verilib.

2001-ci ildə İspaniya ilə diplomatik əlaqələr quran Şimali Koreya 2013-cü ildə burada səfirlik açıb.

Şimali Koreyanın Madriddəki ilk səfiri Kim Hyok-chol, Pxenyanın nüvə sınaqları və raket sınaqlarına görə 2017-ci ildə “persona non-qrata” elan edilib və deportasiya edilib.

Şimali Koreya bu yaxınlarda Anqola və Uqandadakı səfirliklərini bağlayıb və səfirlərini geri çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu