İtaliyada Ussun qaçmasının təşkilatçılarının tutulması üçün əməliyyat keçirilir

İtaliyada karabinyerlər Rusiya vətəndaşı, Krasnoyarsk diyarının keçmiş qubernatoru Aleksandr Ussun oğlu Artem Ussun ev dustaqlığından və ölkədən qaçmasının təşkilində iştirak edən 6 nəfərin tutulması üçün əməliyyat keçirir.
AFN.az-ın məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib.
“Bu saatlar ərzində karabinyerlər "Eurojust" və ABŞ səlahiyyətliləri ilə əməkdaşlıq edərək, bir Bosniya əsilli italiyalı və xaricdə izlənilən beş əcnəbiyə qarşı həbs qərarlarını icra edir”, – Karabinyerin Milanda yerləşən qərargahı tərəfindən açıqlanan sənəddə deyilir.
ABŞ Dövlət Departamenti Artem Ussun harada olması barədə məlumatlara görə mükafat elan edib. İş adamı isə Rusiyada olduğunu bildirib.