Almaniya ukraynalı qaçqınları evlərinə qayıtmağa çağırır
Ukraynadan olan kişi qaçqınlar cəbhədə və arxa cəbhədəki həmvətənlərinə kömək etmək üçün evlərinə qayıtmalıdırlar.
TASS "Welt"ə istinadən yazır ki, bunu Xristian Demokratlar İttifaqından olan Bundestaqın deputatı, müdafiə üzrə ekspert Roderik Kizvetter deyib.
Siyasətçi xatırladıb ki, Avropa İttifaqında hərbi xidmətdən yayınan 600 mindən çox ukraynalı kişi var. O, təkcə Almaniyada 220 min nəfərin olduğuna diqqət çəkib. “Və onlar əlbəttə ki, cəbhədəki əsgərlərin vəziyyətini yüngülləşdirməyə kömək edəcəkdilər”, - deputat qeyd edib. O, Ukraynadakı Qırmızı Xaç Cəmiyyətinə kişilərin kömək edə biləcəyinə inanır.
"Biz almanlar buna görə də gənclərə müraciət etməliyik" - deyə deputat bildirib.