Fransa qaçaqmalçılıq yolu ilə gətirdiyi sənədləri Əlcəzairə qaytarır
Müstəmləkəçiliyə müqavimət göstərən xalq qəhrəmanlarının papaqlarından sonra Əlcəzair Fransanı başqa bir məsələdə daha bir geri addım atmağa məcbur edib. Onilliklər boyu yeraltı və yerüstü sərvətlərdən istifadə edən Fransa qaçaq yolla gətirdiyi 2 milyon tarixi sənədi Əlcəzairə qaytaracaq.
Fransa 1524-cü ildə başladığı müstəmləkəçilik fəaliyyəti ilə Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni işğal edib. Afrikanın 35 faizi 300 il Fransanın nəzarətində qalıb.
Şimali Afrika ölkəsi Əlcəzair hər sahədə Fransız müstəmləkəçiliyini hiss edən ölkələrdən biri olub. Əsrlər boyu yeraltı və yerüstü sərvətləri Parisə daşınan ölkədə aparılan nüvə sınaqlarında minlərlə insan həyatını itirib.
Fransız müstəmləkəçiliyi ictimai, siyasi, iqtisadi və hərbi sahədəki fəaliyyətləri ilə ölkəni özünə tabe edərkən, mədəni sahədəki fəaliyyəti ilə də Əlcəzairə böyük zərbə vurub.
İş o yerə çatıb ki, qanlı istiqlal müharibəsindən sonra azadlığını əldə edən Əlcəzair öz ölkəsindən oğurlanaları Parisdən belə geri ala bilməyib.