Afrika iki yerə bölünür - Yeni bir okean yarana bilər
Geoloqların fikrincə Afrika yavaş-yavaş iki yerə bölünür. Digər tərəfdən bu, milyonlarla il çəkəcək uzun bir prosesdir.
Mütəxəssislər bildirirlər ki, nəticədə Şərqi Afrikanın bir hissəsi qitənin qalan hissəsindən ayrılacaq və ola bilsin ki, iki quruluq arasında yeni okean yaranacaq.
Nəhəng çatın Afrikanın bir çox ölkəsində minlərlə kilometr dərinliyə uzanan dünyanın ən böyük çatlarından biri olan Şərqi Afrika Rift Sistemindən (EARS) qaynaqlanacağı gözlənilir.
Rift sisteminin əhatə etdiyi ölkələr aşağıdakılardır: Efiopiya, Keniya, Konqo Demokratik Respublikası, Uqanda, Ruanda, Burundi, Zambiya, Tanzaniya, Malavi və Mozambik.
2004-cü ildə aparılan bir araşdırmaya görə, Afrika plitəsi hər il bir-birindən uzaqlaşır.
Məlumatlara görə, 5-10 milyon il ərzində EARS-dəki dəyişikliklər ən erkən Afrikanın bugünkündən fərqli bir xəritəsini ortaya çıxara bilər.
Əslində, bu müddət ərzində Somali ilə Nubiya plitəsi arasında yeni bir okean görmək mümkündür. Nəhəng bir su hövzəsinin Şərqi Afrikanı kəsəcəyi düşünülür.