Qızılcaya yoluxmada nisbətən azalma var - nazirdən açıqlama

Qızılcaya yoluxmaların artım sürətində nisbətən azalma var.
Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
Nazir prosesin nəzarətdə olduğunu deyib: "Valideynlər övladlarını vaxtında və düzgün peyvənd etdirməlidirlər ki, bir daha belə hadisə ilə üzləşməyək. Hazırda bütün təhsil sisteminin distanta keçirilməsi və ya qapadılmasını düşünmürük".