Putin 2024-cü ildə bir neçə xarici səfər planlaşdırır


Rusiya prezidenti Vladimir Putin 2024-cü il üçün xarici səfərləri planlaşdırır.


AFN.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

O, bildirib ki, Rusiya liderinin ilin əvvəlində başqa ölkələrə səfəri gözlənilmir. Peskovun sözlərinə görə, indi əsas məsələ daxili gündəmdir.

Dekabrın 14-də keçirilən canlı yayımda Putin Türkiyəyə səfər etməyə hazır olduğunu təsdiqləyib. Daha sonra Peskov izah edib ki, bu məsələ gündəmdədir, lakin yekun tarixlər iki prezidentin iş qrafiki razılaşdırıldıqdan sonra seçiləcək. Peskovun sözlərinə görə, dövlət başçısı bunu fürsət düşən kimi edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu