Uçuşun gecikəcəyini bildirən pilot sərnişinin hücumuna məruz qalıb
Hindistan hava yolu şirkəti "IndiGo"nun daxili reysinin sıx duman səbəbindən gecikəcəyini açıqlayan pilot sərnişinin hücumuna məruz qalıb.
Hindistan mətbuatında yer alan xəbərlərə görə, Dehli-Qoa reysi ilə uçan sərnişinin pilota hücum etməsinin görüntüləri sosial mediada paylaşılıb.
Görüntülərə görə, pilot qatı duman səbəbindən uçuşun təxirə salınacağını elan edir.
Bu vaxt sərnişinin sürətlə pilota yaxınlaşaraq onun üzünə vurduğunu görmək olar.
Digər tərəfdən, uçuşun 13 saat gecikdiyi bildirilib.
Təyyarədə digər stüardessalar tərəfindən zərərsizləşdirilən hücumçu nəzarətə götürülüb.
Pilot aqressiv sərnişinlə bağlı şikayət edib, məsələ ilə bağlı araşdırmalar davam edir.