Kolumbiyada məşhur jurnalist öldürülüb
Kolumbiyanın Mətbuat Azadlığı Fondu (FLIP) bildirib ki, Kolumbiyanın şimalındakı Sucre departamentində radiostansiyaya rəhbərlik edən tanınmış jurnalist öldürülüb.
"Sonora Estéreo radiostansiyasının direktoru Mardonio Mejia Mendoza yanvarın 24-nə keçən gecə Sucre departamentinin San Pedro şəhərində motosikletdə olan qatillər tərəfindən güllələnib", - təşkilatın bəyanatında deyilir.
Həmin gün qətli törədənlərdən biri saxlanılıb və səlahiyyətlilər qətlin FLIP-in regionda ən tanınmış jurnalistlərdən biri adlandırdığı Mejianın peşəkar fəaliyyətinə görə törədildiyini istisna etmir.
Fond Baş Prokurorluğu Mejianın jurnalist fəaliyyətini nəzərə alaraq, faktları tez və adekvat şəkildə araşdırmağa və qətlə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməyə çağırıb.