Rusiya: "ABŞ İraqdan çəkildiyi zaman Suriyadan da çəkiləcək"


Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev ABŞ-ın İraqdan əsgərlərini çıxardığı zaman Suriyanı da tərk edəcəyini bildirib.



O, əlavə edib ki, İraq ərazisindən istifadə etmədən Suriyada maddi-texniki təminat və hərbi birləşmələrin saxlanılması mümkün olmayacaq.

Rusiyanın Ria xəbər agentliyinə müsahibə verən Lavrentyev ABŞ-ın Yaxın Şərqdəki fəaliyyətləri ilə bağlı açıqlamalar verib.

ABŞ-ın İraqı tərk etməyə hazır olduğunu ifadə etdiyinə diqqət çəkən Lavrentyev, bu barədə iraqlı həmkarlarının onlara məlumat verdiyini bildirib.

Lavrentyev bunun nə vaxt baş verəcəyinin aydın olmadığını deyib və belə davam edib:

"Hələlik bu məsələ müzakirədə qalır, çünki düşünürəm ki, amerikalılar bunu hər cür gecikdirəcəklər. Çünki onlar hazırda buna hazır deyillər. Bunun onların zəifliklərini göstərəcəyini və bunun fonunda pis görünəcəyini düşünürlər. ABŞ İraqdan çəkildikdən sonra qoşunlarını Suriyadan çıxaracaq, çünki İraq ərazisindən istifadə etmədən Suriyada maddi-texniki təminat və hərbi hissələrin saxlanılması mümkün olmayacaq".

Rusiya və ABŞ-ın Fəratın şərqi istisna olmaqla, Suriya mövzusunda qarşılıqlı əlaqədə olmadığını ifadə edən Lavrentyev, “Bütün təmaslar kəsilib, Tanif bazası və Fəratın şərqi daxil olmaqla bütün planlar faktiki olaraq həyata keçirilməz hala gəlib" vurğulayıb.

Lavrentyev qeyd edib ki, ABŞ Suriyadakı silahlı müxalifət qüvvələrinə və rus əsgərlərinə maksimum zərər vurmağı qarşısına məqsəd qoyub və bu qüvvələrə silah və pilotsuz uçuş aparatları göndərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu