Malayziyada Cohor Sultanı İbrahim ölkənin yeni kralı kimi and içib

Malayziyanın dəyişkən monarxiya sistemində Cohor Sultan İbrahim İskəndər 5 il müddətinə ölkənin yeni kralı olaraq and içib.
Milli sarayda digər kral ailələri, baş nazir Ənvər İbrahim və kabinet üzvlərinin qatıldığı mərasimdə Sultan İbrahim and içərək rəsmi sənədi imzalayıb.
65 yaşlı Sultan İbrahimin tacqoyma mərasimi daha sonra keçiriləcək.
Cohor sultanı vəzifəsini icra edən Sultan İbrahim daşınmaz əmlakdan telekommunikasiyaya qədər bir çox sahədə qurduğu bizneslərlə ölkənin ən zəngin adamlarından biri kimi tanınır.