FETÖ-nün Azərbaycandakı lideri həbs olunub




Fəaliyyəti dayandırılan “Zaman” qəzetinin Bakı ofisinin müdiri İbrahim E. iki ölkənin təhlükəsizlik orqanlarının ortaq həyata keçridiyi əməliyyat nəticəsində tutularaq, Türkiyəyə aparılıb.



Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, FETÖ-nün Azərbaycan qanadının yüksək rəhbərlərindən biri olmaqda ittiham olunurdu.
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) tərəfindən yerini müəyyənləşdirildikdən sonra Azərbaycanın hüquq mühafizə orqanlarına məlumat ötürüb. Daha sonra iki ölkənin güc orqanlarının birgə keçirdiyi əməliyyat çərçivəsində saxlanılan İbrahim E. ötən həftə Türkiyəyə aparılıb.
Onun hazırda Ankara Polis İdarəsində sorğusunun davam etdiyi bildirilir. Qeyd edək ki, İbrahim E. barəsində daha öncə saxlanma qərarı çıxarılmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu