ABŞ radioaktiv çirklənməyə səbəb olduğunu etiraf edib


Soyuq Müharibə dövründə ABŞ-ın nüvə silahı ilə bağlı fəaliyyəti Danimarka, İspaniya və Marşal adalarında radioaktiv çirklənməyə səbəb olub.


Bu barədə məlumat ABŞ Baş Mühasibat İdarəsinin hesabatında verilib.

"Qrenlandiyada qapalı nüvə reaktoru və İspaniyada təyyarələrin toqquşması səbəbindən çirklənmənin monitorinqi aparılır", - deyə hesabatda qeyd olunub.

Bununla belə hesabata görə, dəyişən iqlim və iqtisadi şərait yerli ərazilərə gələcək təsirlərlə bağlı narahatlıqları artırır. ABŞ-ın nüvə silahlarını sınaqdan keçirdiyi Marşal adalarında yerli rəsmilər dəniz səviyyəsinin qalxmasının çirklənmiş ərazilərə təsir edə biləcəyindən narahatdırlar.

Qeyd olunur ki, ABŞ Energetika Nazirliyi sağlamlıq riskinin az olduğuna inanır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu