Putin Karlsonla müsahibəsi ətrafında yaranan ajiotajı izah edib


Karlsonun müsahibəsi ətrafındakı ajiotaj insanların həqiqəti tapmaq istəyi ilə əlaqələndirilir.



Bu barədə Rusiya prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinlə söhbətində bildirib. Müsahibə jurnalistin Telegram kanalında yayımlanıb.

“Düzünü desəm, bilmirəm, dəqiq cavabım yoxdur. Amma güman edə bilərəm ki, bu, həm ölkəmizdə, həm də dünyada bir çox insanların alternativ nöqteyi-nəzərdən, həqiqəti aşkara çıxarmaq istəyindən irəli gəlir”, - deyə Putin bildirib.

Amerikalı jurnalist Taker Karlson cümə günü, fevralın 9-na keçən gecə Rusiya prezidenti ilə iki saatlıq müsahibəni dərc edib. Müsahibədən sonra videomüraciətində Karlson qeyd edib ki, Putinin Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə hazır olması ilə bağlı sözlər onu heyrətləndirib.

Putin və Karlsonun müsahibəsi fevralın 9-na keçən gecə X-də dərc edilib. İlk saatlarda video on milyonlarla baxış toplayıb. Putinin adı çəkilən nəşrlərin sayı 1,3 milyonu keçərək, Rusiya prezidenti və jurnalisti sosial şəbəkələrdə ən çox adı çəkilən şəxslərə çevirib. Rusdilli mətbuatda Putinin adı 211 min dəfə çəkilib. Karlsona 71 mindən çox nəşr həsr olunub. X sosial şəbəkəsində Putindən bəhs edən nəşrlərin sayı 1,3 milyonu keçib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu