Danimarka polisi “Şimal axını” qaz kəmərlərində baş verən partlayışlarla bağlı araşdırmanın dayandırıldığını elan edib


Fevralın 26-da Danimarka polisi “Şimal axını” qaz kəmərlərində baş verən partlayışlarla bağlı araşdırmaları dayandırdığını elan edib.



Bu barədə DR.DN radiostansiyası departamentin saytında dərc olunmuş açıqlamaya istinadən məlumat yayıb.

“Araşdırmalara görə, Danimarkada cinayət işinin başlanması üçün lazımi əsaslar yoxdur”, - deyə məlumatda edilib.

Eyni zamanda, polisin press-relizində qeyd olunur ki, “qəsdən təxribat”ın baş verdiyi versiyanı da istisna etmək olmaz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu