Özbəkistanda 68 uşağın ölümü ilə bağlı cinayət işində 23 müttəhimə hökm oxunub
Özbəkistanda 68 uşağın siroplardan ölümü ilə bağlı cinayət işi üzrə 23 müttəhimə hökm oxunub
Bu barədə fevralın 26-da Daşkənd Şəhər Məhkəməsində məlumat verilib.
Belə ki, Özbəkistana sirop dərmanı idxal edən Hindistanın “Quramax Medical” şirkətinin direktoru Raqvendra Prathar 20 il, respublikanın Əczaçılıq Sənayesinin İnkişafı Agentliyinin keçmiş rəhbəri Sardor Kariyev 18 il, onun iki müavini isə 16 il müddətinə azadlıqdan məhrum edilib.
Onlar cinayətə hazırlıq və cinayətə cəhd, iştirakçılıq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, o cümlədən rüşvət vermə və alma kimi 12 maddə üzrə təqsirli biliniblər.
Hadisə 2022-ci il dekabrın sonunda baş verib. “Quramax Medical” və “Dərman Vasitələrinin Standartlaşdırılması Elmi Mərkəzi” MMC-nin vəzifəli şəxsləri barəsində 18 uşağın “Doc-1 Max” preparatının qəbulu nəticəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 4-cü hissəsinin “a” bəndi ilə cinayət işi başlanıb.
Daha sonra 2023-cü ilin avqustunda Daşkənd Şəhər Məhkəməsi bu dərmanı qəbul etdikdən sonra respublikada 65 uşağın ölümü ilə bağlı işə baxmağa başlayıb. Proses zamanı zərərçəkənlərin sayı 68 azyaşlıya çatıb.
Qeyd edək ki, ARVI siropunda zəhərli maddə etilen qlikol aşkar edilib.